Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb - YENİLƏNİB

Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb - YENİLƏNİB Bakı. 10 noyabr. REPORT.AZ/ Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb.
Digər ölkələr
11 Noyabr , 2018 06:55
Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb - YENİLƏNİB

Bakı. 10 noyabr. REPORT.AZ/ Kaliforniyada meşə yanğınları qurbanlarının sayı iki dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə "Assosiated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, yanğınlar zamanı 23 nəfər həlak olub. Daha əvvəl təbii hadisə zamanı 11 nəfərin həlak olduğu bildirilirdi. 

Kaliforniyada tüğyan edən güclü meşə yanğınları 4 min hektara yaxın ərazini bürüyüb. Ştatda fövqəladə vəziyyət elan edilib.

Meşə yanğınları 1000-ə yaxın evi məhv edib. .


***23:18

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları zamanı ölənlərin sayı 11 nəfərə çatıb.

Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Daha əvvəl təbii hadisə zamanı 9 nəfərin öldüyü bildirilirdi. Los-Anceles dairəsinin şerifinin verdiyi məlumata görə, Cənubi Kaliforniyada daha iki nəfərin cəsədi tapılıb.

Kaliforniyada tüğyan edən güclü meşə yanğınları 4 min hektara yaxın ərazini bürüyüb. Ştatda fövqəladə vəziyyət elan edilib. 

Daha əvvəl Kaliforniyada meşə yanğınlarının minə yaxın evi məhv etməsi barədə məlumat verilib.

Son xəbərlər

Orphus sistemi