Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB Ştatda təbiət yanğınları zamanı indiyə kimi bu qədər ölən olmayıb
Digər ölkələr
14 Oktyabr , 2017 07:50
Kaliforniyada meşə yanğınları nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində həyatını itirən insanların sayı 36 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü yerli hakimiyyət orqanlarına istinadən "Associated Press" məlumat yayıb.

Agentliyin qiymətləndirməsinə görə, indiyə kimi ştatda təbiət yanğınları zamanı bu qədər ölüm hadisəsi qeydə alınmayıb.

Son qiymətləndirmələrə görə, alov ən azı 5,7 evi və tikilini məhv edib. Təqribən 90 min yerli sakin təxliyyə olunub. Hazırda 17 yanğın ocağı qalmaqdadır. Yanğının söndürülməsində 9 minə yaxın yanğınsöndürən iştirak edir. Onlara Kanada və Avstraliyadan olan həmkarları köməklik göstərir.


***03:52

Bakı. 14 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatında təbiət yanğınları nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Bundan əvvəl yanğın qurbanlarının sayı 31 nəfər təşkil edirdi.

ABŞ prezidenti Donald Tramp ştatda yanğından zərər çəkmiş rayonlar üçün təbii fəlakət haqqında bəyannaməni təsdiq edib.

Son xəbərlər

Orphus sistemi