Yuxarı

Kaliforniyada güclü fırtına 4 nəfərin ölümünə və dağıntılara səbəb olub - VİDEO

Kaliforniyada güclü fırtına 4 nəfərin ölümünə və dağıntılara səbəb olub - VİDEO
Bir sıra şəhərlərdə ötürücü xətlər sıradan çıxıb

Bakı. 19 fevral. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının Cənubi Kaliforniya şəhərində güclü fırtına nəticəsində 4 nəfər ölüb.

"Report" "ABC news"a istinadən xəbər verir ki, təbii hadisə zamanı həmçinin Los Ancelesdə və San Dieqoda çoxlu sayda yolları su basıb. Bir sıra şəhərlərdə ötürücü xətlər sıradan çıxıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar yaranan bədbəxt hadisələr insan tələfatına səbəb olub. Belə ki, ağacın aşması nəticəsində elektrikötürücü xətləri qırılıb və avtomobilin üstünə düşüb. Nəticədə avtomobilin sürücü elektrik cərəyanından dünyasını dəyişib.

Bununla yanaşı, güclü yağışlar insanların öldüyü avtomobil qəzasına səbəb olub. Los Anceles yaxınlığında iki avtomobil su ilə dolu olan böyük quyuya düşüb. Xilasedicilər batmaqda olan avtomobildəki qadını xilas etməyə müvəffəq ola biliblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi