Kaliforniyada at yarışlarında atışma olub

Kaliforniyada at yarışlarında atışma olub Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-da atışma olub.
Digər ölkələr
3 Sentyabr , 2018 07:33
Kaliforniyada at yarışlarında atışma olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ ABŞ-da atışma olub.

"Report" xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Kaliforniyada keçirilən at yarışlarında qeydə alınıb. Belə ki, naməlum kişi havaya bir neçə atəş açıb. Onu polis şerifinin köməkçisi zərərsizləşdirib.

Atəş açan silahlı yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti barədə məlumat verilmir. Bəzi şahidlərin sözlərinə görə, o, ölüb. Lakin bu xəbər rəsmi şəkildə təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi