Kabilin mərkəzində NATO koalisiyasının avtomobil karvanına hücum edilib

Kabilin mərkəzində NATO koalisiyasının avtomobil karvanına hücum edilib Partlayış nəticəsində ölən və yaralananlar var
Digər ölkələr
3 May , 2017 10:29
Kabilin mərkəzində NATO koalisiyasının avtomobil karvanına hücum edilib

Bakı. 3 may. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində baş verən partlayışda 8 nəfər həlak olub, 25 nəfər yaralanıb.

"Report" "Tolonews"a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan DİN məlumat yayıb.

Qeyd olunur ki, ölən və yaralananların hamısı mülki şəxslərdir.

Partlayışı terrorçu-kamikadze həyata keçirib. Hücumun hədəfi NATO koalisiyasının avtomobil karvanı olub.

Son xəbərlər

Orphus sistemi