Yuxarı

Kabildəki partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb - YENİLƏNİB-4

Kabildəki partlayışlara görə İŞİD məsuliyyəti üzərinə götürüb - YENİLƏNİB-4
Partlayışlar nəticəsində 7 jurnalist, o cümlədən France Pressein fotoqrafı ölüb
© AP

Bakı. 30 aprel. REPORT.AZ/ Kabildə törədilən və 25 nəfərin ölümü, təqribən, 50 nəfərin yaralanması ilə nəticələnən partlayışlara görə məsuliyyəti İŞİD üzərinə götürüb.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Partlayışlar nəticəsində 7 jurnalist, o cümlədən "France Presse"in fotoqrafı ölüb.


*** 11:22

Kabildə baş verən partlayışlar zamanı ölənlərin sayı 25 nəfər çatıb, təqribən, 50 nəfər yaralanıb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.


***10:30

Kabildə törədilən iki partlayış nəticəsində 21 nəfər ölüb, daha 27 nəfər yaralanıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Səhiyyə Nazirliyindən bildirilib.

KİV-in məlumatına görə, ilk partlayışı motosikletdəki terrorçu-kamikadze həyata keçirib.

Ölənlər arasında Fransanın "France-Presse" İnformasiya Agentliyinin fotoqrafı Şah Marai də var. Həmçinin "TOLOnews", 1TV və "Al Jazeera" telekanallarının və bir sıra digər KİV-nin jurnalistləri yaralanıblar.

Bundan əlavə, ölkənin şərqindəki Nəngərhar vilayətində yol kənarındakı mina partlayıb. Bir polis ölüb, 5 nəfər yaralanıb.


*** 08:24

Əfqanıstanda iki partlayış törədilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Pajvak" agentliyinin məlumatına görə, partlayışlardan birində hədəf Milli Təhlükəsizlik Direktorluğunun əməkdaşları olub.

"1 TV" telekanalı isə bildirib ki, hadisəni əraziyə motosikletlə gələn terrorçu kamikadze törədib. Telekanal bildirib ki, Nanqarhar vilayətində yol kənarına qoyulmuş minanın işə düşməsi nəticəsində 1 polis əməkdaşı ölüb, 5 nəfər xəsarət alıb.

"Tolo News" telekanalının xəbərinə görə, Besad dairəsi qubernatorunun müavini də yaralananlar arasındadır.  


***07:48

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

"Report" xəbər verir ki, bu barədə TASS "Reuters"ə istinadən məlumat yayıb.

Hələlik ölənlər və ya xəsarət alanlar barədə məlumat yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi