Kabildə universitet yaxınlığında partlayış olub, ölənlər var

Kabildə universitet yaxınlığında partlayış olub, ölənlər var Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.
Digər ölkələr
19 İyul , 2019 10:14
Kabildə universitet yaxınlığında partlayış olub, ölənlər var

Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Pajhwok" agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb. 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Son xəbərlər

Orphus sistemi