Bakı. 14 yanvar. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktında yaralananların sayı 90 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin
Onun sözlərinə görə, yaralılar arasında 23 uşaq var. Nazirlik rəsmisi həmçinin qeyd edib ki, ölənlərin 3-ü hərbçi, 1-i isə mülki şəxsdir.
Daha əvvəl Əfqanıstanın qərbindəki Badghis əyalətinin iki bölgəsində “Taliban” hərəkatının üzvləri ilə toqquşmalarda 21 polis və hərbçi həlak olub.
***21:02
Əfqanıstanın paytaxtı Kabil şəhərində törədilən terror hücumu nəticəsində 4 nəfər ölüb, 10-u uşaq olmaqla, 44 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin
Bundan əvvəl paytaxtın hava limanı yaxınlığında yerləşən, əsasən əcnəbilərin yaşadığı və güclü mühafizə olunan “Green Village” kompleksi yaxınlığında axşam saatlarında partlayıcı maddə ilə dolu avtomobilin partladıldığı bildirilmişdi.