Kabildə partlayış törədilib, ölən və yaralananlar var

Kabildə partlayış törədilib, ölən və yaralananlar var Bakı. 24 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində partlayış törədilib.
Digər ölkələr
24 Mart , 2018 20:48
Kabildə partlayış törədilib, ölən və yaralananlar var
© AP Photo / Rahmat Gul

Bakı. 24 mart. REPORT.AZ/ Əfqanıstanın paytaxtı Kabilin mərkəzində partlayış törədilib.

"Report" xəbər verir ki, bu barədə yerli "1 TV" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Çamanı Huzori rayonunda, Qazi stadionu yaxınlığında baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, daha 9 nəfər yaralanıb.

Hadisənin təfərrüatları açıqlanmır.

Son xəbərlər

Orphus sistemi