Kabildə iki polis departamenti qarşısında partlayış törədilib, xəsarət alanlar var - YENİLƏNİB

Kabildə iki polis departamenti qarşısında partlayış törədilib, xəsarət alanlar var - YENİLƏNİB 1 nəfər ölüb, 35 nəfər yaralanıb
Digər ölkələr
1 Mart , 2017 14:56
Kabildə iki polis departamenti qarşısında partlayış törədilib, xəsarət alanlar var - YENİLƏNİB

Bakı. 1 mart. REPORT.AZ/ Kabildə polis departamenti yaxınlığında terrorçu-kamikadzenin törətdiyi ilk partlatış nəticəsində 1 nəfər ölüb, 35 nəfər yaralanıb.

"Report" "Tolo" telekanalına istinadən xəbər verir ki, Əfqanıstanın Səhiyyə Nazirliyinin nümayəndəsi birinci partlayış zonasından xəstəxanaya 35 yaralının çatdırıldığını bildirib.

Həmçinin partlayış nəticəsində 1 nəfərin öldüyü xəbər verilib.

*** 14:38

"Taliban" hərəkatının silahlıları Kabildə iki polis departamenti qarşısında partlayış törədib və ardından hüquq-mühafizə orqanları əməkdaşlarına atəş açıblar.

"Report" "TOLONews"a istinadən xəbər verir ki, terrroçu-kamikadzelər Əfqanıstan paytaxtındakı 6 və 12 saylı polis departamentinin yaxınlığında özlərini partladıblar.

Polisin məlumatına görə, hücumlar nəticəsində hüquq-mühafizə orqanlarının 4 əməkdaşı xəsarət alıb.

Hadisə yerinə Əfqanıstan ordusunun və xüsusi təyinatlı dəstənin üzvləri gəlib. Məluamata görə, 6-cı departamentə hücum edənlər tam məhv edilib, hazırda 12-ci departamentə hücum edənlərin zərərsizləşdirilməsi üzrə tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi