Kabildə avtobus partladılıb, bir qadın həlak olub

Kabildə avtobus partladılıb, bir qadın həlak olub Partlayıcı qurğu yerli polis bölməsinin yaxınlığında işə salınıb
Digər ölkələr
13 Mart , 2017 18:03
Kabildə avtobus partladılıb, bir qadın həlak olub

Bakı. 13 mart. REPORT.AZ/ Kabildə özəl şirkətə məxsus işçiləri daşıyan mikroavtobusun yaxınlığında partlayıcı qurğu işə düşüb.

"Report" "Tolo News"a istinadən xəbər verir ki, polis partlayış nəticəsində 1 qadının həlak olduğunu, 8 nəfərin isə yaralandığını bildirib.

Məlumata görə, partlayıcı qurğu yerli polis bölməsinin yaxınlığında işə salınıb.

Son xəbərlər

Orphus sistemi