Yuxarı

Kabildə Almaniya vətəndaşı öldürülüb

Kabildə Almaniya vətəndaşı öldürülüb
Daha bir qadın – Finlandiya vətəndaşı isə oğurlanıb

Bakı. 21 may. REPORT.AZ/ Kabildə Almaniya vətəndaşı olan qadın naməlum şəxslər tərəfindən qətlə yetirilib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyinə istinadən DPA agentliyi məlumat yayıb.

Daha bir qadın – Finlandiya vətəndaşı isə oğurlanıb. Eyni zamanda, hər iki əcnəbinin olduğu binanın mühafizəçisi yaralanıb.

Hadisənin təfərrüatları və hücumun motivləri hələ məlum deyil.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi