Kabilda qadını şərləyərək linç edənlərin məhkəməsi başlanıb

Kabilda qadını şərləyərək linç edənlərin məhkəməsi başlanıb Quranı yandırdığı iddia edilərək linç edilən qadının qətlilə bağlı məhkəmə gedir
Digər ölkələr
3 May , 2015 09:18
Kabilda qadını şərləyərək linç edənlərin məhkəməsi başlanıb

Bakı. 3 May. REPORT.AZ/ Əfqanıstanda ötən mart ayında guya Quranı yandırdığı söylənərək şərlənmiş və izdiham tərəfindən linç edilmiş qadının qətlilə bağlı məhkəmə prosesi başlanıb.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, prosesdə 49 müttəhim var.

Bunlardan 19-u hadisə zamanı asayişi bərpa etməkdə aciz qalan polislərdir.

28 yaşlı Farkhunda bir molla ilə mübahisə edərkən Quranı yandırmaqda ittiham edilmiş və qaragüruh tərəfindən daşqalaq olunmuşdu.

Farkhundanın qətli ölkə boyunca kütləvi etirazlara səbəb olmuşdu.

İttiham olunanlardan bəziləri etiraf ifadələrinə təzyiq altında qol çəkdiklərini bildiriblər.

Əfqanıstanın ibtidai məhkəməsində hakim hadisəni araşdıran DİN qrupunun prosesə gəlməsini tələb edib.

Proses televiziya ilə canlı yayınlanır.

Son xəbərlər

Orphus sistemi