Yuxarı

Meksikada jurnalist öz evində güllələnib

Jurnalist Santyaqo Barroso Meksikada güllələnək qətlə yetirilib

Meksikada cinayətkar dəstələrin və narkotik alverçilərinin fəaliyyətini tez-tez işıqlandırmış jurnalist Santyaqo Barroso ABŞ-la sərhəd yaxınlığındakı Sonora ştatındakı şəxsi evində güllələnək qətlə yetirilib.

"Report" xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən "Reuters" bildirib.

O, yaralı vəziyyətdə xəstəxanaya aparılıb, lakin həkimlər artıq Santyaqo Barrosonun öldüyünü bildiriblər.

Barroso Meksikanın ABŞ-ın Arizona ştatı ilə sərhədində yerləşən an-Luis-Rio-Kolorado şəhərində jurnalist işləyib. O, yerli radiostansiya ilə əməkdaşlıq edib, "Red 563" informasiya agentliyinin direktoru olub.

Onun qətlinin peşə fəaliyyət ilə əlaqəli olub-olmaması məlum deyil. Qeyd edək ki, Santyaqo Barroso Meksikada cari ildə qətlə yetirilən üçüncü jurnalistdir.

Daha əvvəl Meksikanın Puebla şəhərində narkotik ticarəti ilə məşğul olan iki qrup arasında münaqişə azı 9 nəfərin həyatına son qoyub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi