"Instagram" və "Facebook"da nasazlıq yaranıb - FOTO

"Instagram" və "Facebook"da nasazlıq yaranıb - FOTO Bir sıra ölkələrdə Instagram və Facebook istifadəçiləri sosial şəbəkələrin işində yaranmış nasazlıqlardan şikayət ediblər.
Digər ölkələr
25 Oktyabr , 2019 04:49
Instagram və Facebookda nasazlıq yaranıb - FOTO

Bir sıra ölkələrdə "Instagram""Facebook" istifadəçiləri sosial şəbəkələrin işində yaranmış nasazlıqlardan şikayət ediblər.

"Report" xəbər verir ki, bu barədə ixtisaslaşmış "Downdetector" portalı bildirib.

Portalın məlumatına əsasən, əksər hallarda "Instagram"ın işində problemlərlə ABŞ, Böyük Britaniya və Almaniyadan olan istifadəçilər qarşılaşıblar. Onlar xəbər lentinin işində problem haqqında bildiriblər.

Bundan başqa, ABŞ, Almaniya, Fransa və Yaponiyadan olan istifadəçilər "Facebook"un işində problemlərdən şikayət ediblər. Ən çox problemlər xəbər lenti ilə (45%) iş vaxtı yaranıb. 

Son xəbərlər

Orphus sistemi