İzmir sahillərində 83 qanunsuz miqrant saxlanılıb

İzmir sahillərində 83 qanunsuz miqrant saxlanılıb Türkiyənin İzmir vilayətində, Dikili ərazisində hava ilə doldurulmuş qayıqla Egey dənizinə keçmək istəyən 83 qanunsuz miqrant saxlanılıb.
Digər ölkələr
13 Avqust , 2019 07:49
İzmir sahillərində 83 qanunsuz miqrant saxlanılıb

Türkiyənin İzmir vilayətində, Dikili ərazisində hava ilə doldurulmuş qayıqla Egey dənizinə keçmək istəyən 83 qanunsuz miqrant saxlanılıb.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Bildirilir ki, miqrantların olduğu rezin qayıq sahil mühafizəsi qüvvələrinin helikopteri vasitəsilə aşkarlanıb. Saxlanılanların hamısı Əfqanıstan sakinləridir. Onlar arasında 38 uşaq da var.

Qanunsuz miqrantlar müvafiq prosedurdan sonra Miqrasiya Xidmətinin regional idarəsinə aparılıblar.

Son xəbərlər

Orphus sistemi