​İyulun 13-də Yunanıstan bankomatlarında pul verilişi dayandırılacaq

​İyulun 13-də Yunanıstan bankomatlarında pul verilişi dayandırılacaq Banklar bankomatları bütün bu günlər ərzində pul ilə təmin edəcək
Digər ölkələr
9 İyul , 2015 05:17
​İyulun 13-də Yunanıstan bankomatlarında pul verilişi dayandırılacaq

Bakı. 9 İyul. REPORT.AZ/ Yunanıstanda bankomatlar pul verilişini iyulun 13-ü axşam saatlarınadək davam etdirəcək.

"Report" xəbər verir ki, bu barədə Yunanıstan Banklar İttifaqının sədri Luka Katseli bildirib.

"Bankomatlarda pul bazar ertəsi axşamadək kifayət qədər olacaq. Banklar bankomatları bütün bu günlər ərzində pul ilə təmin edəcək", — deyə Katseli diqqətə çatdırıb.

O, həmçinin bildirib ki, bank sahəsində vəziyyətin tədricən normallaşması yalnız beynəlxalq kreditorlarla saziş imzalanacağı təqdirdə mümkün olacaq. Lakin o, "nə indi, nə gələcəkdə" əmanətlər üçün heç bir təhlükə görmədiyini qeyd edib.

Bundan əvvəl Yunanıstan banklarının həftə sonunadək bağlanacağı xəbər verilmişdi.

Son xəbərlər

Orphus sistemi