İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib

İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib Ağ Ev: İvanka əsas masada prezidentin yerini qısa müddətə tutub
Digər ölkələr
8 İyul , 2017 17:49
İvanka Tramp G20 sammitində görüşlərin birində atasını əvəz edib

Bakı. 8 iyul. REPORT.AZ/ ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Hamburqda keçirilən G20 sammiti zamanı görüşlərin birində atasını əvəz edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Ağ Evdən məsələyə aydınlıq gətirərkən bildiriblər ki, İ.Tramp arxa planda olub, sadəcə, dövlət başçısı iclası tərk etməli olduğu məqamda əsas masada prezidentin yerini qısa müddətə tutub.

"Digər dövlət və hökumət başçıları da iclas zalını tərk edərkən onların yerini kimsə tutub", - Ağ Evdən vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi