Yuxarı

​İtən İndoneziya təyyarəsinin qalıqları tapılıb

​İtən İndoneziya təyyarəsinin qalıqları tapılıb
Hava gəmisi Oksibil şəhərindən aralıda dağa çırpılıb

Bakı. 16 Avqust. REPORT.AZ/ İndoneziyada xilasedicilər bir müddət əvvəl yerlə əlaqəsi kəsilən və göyərtəsində 54 nəfərin olduğu sərnişin təyyarəsinin qalıqlarını tapmağa müvəffəq olublar.

“Report” xəbər verir ki, bu barədə bazar günü keçirdiyi mətbuat konfransında ölkənin Nəqliyyat Nazirliyinin nümayəndəsi məlumat verib.

İlkin məlumatlara görə, təyyarə Cayapurdan istiqamət aldığı Oksibil şəhərindən təqribən 25 km aralıda dağa çırpılıb. Ərazi çətin keçilə bilən olduğundan, xilasedicilər havanın qaralması və hava şəraitinin pis olması səbəbindən axtarış-xilasetmə işlərini vaxtından əvvəl dayandırmalı olublar.

Qəzanın baş verdiyi əraziyə getmək üçün ən azı 3-4 saat tələb olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi