​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina edib

​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina edib "Armani"də bu ilin payız-qış kolleksiyasından başlayaraq təbii xəz olmayacaq
Digər ölkələr
22 Mart , 2016 23:30
​İtaliyanın məşhur geyim firması təbii xəzdən imtina edib

Bakı. 22 mart. REPORT.AZ/ İtaliyalı modelyer Corco Armani sahibi olduğu şirkətin heç bir məhsulunda təbii xəzdən istifadə etməyəcək.

"Report" "Associated Press"ə istinadən xəbər verir ki, dizaynerin bəyanatına görə, yeni texnologiyalar heyvanlara qarşı "sərt təcrübə"dən imtina etmək imkanı verir.

"Armani"də təbii xəz 2016-cı ilin payız-qış kolleksiyasından etibarən olmayacaq.

Dizaynerin bu qərarı Heyvanların Beynəlxalq Mühafizəsi Cəmiyyəti tərəfindən dəstəklənib.

Son xəbərlər

Orphus sistemi