Yuxarı

İtaliyanın keçmiş prezidenti ürəyindən əməliyyat olunub

İtaliyanın keçmiş prezidenti ürəyindən əməliyyat olunub

Bakı. 25 aprel. REPORT.AZ/ İtaliyanın keçmiş prezidenti, 92 yaşlı Corco Napolitano ürəyindən əməliyyat olunub.

"Report"un məlumatına görə, bu barədə "Rainews" xəbər verib.

Məlumata görə, o, çərşənbə axşamı, gecə saatlarında döş qəfəsində güclü ağrılar hiss edib. Corco Napolitano həkimin məsləhəti ilə "Santo Spirito" xəstəxanasına yerləşdirilib. Xəstə daha sonra "San Camillo" xəstəxanasına aparılıb və orada dərhal ürəyindən əməliyyat olunub.

Napolitano 2006-cı ilin mayından 2015-ci ilin yanvarına qədər İtaliyaya rəhbərlik edib. O, ölkə tarixinə ikinci müddətə seçilən yeganə prezident kimi düşüb.

Napolitano həm də ömürlük senatordur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi