İtaliya prezidenti baş nazir Matteo Rentsinin istefasını qəbul edib

İtaliya prezidenti baş nazir Matteo Rentsinin istefasını qəbul edib Matteo Rentsi konstitusiya islahatlarına dair referendumda məğlub olduqdan sonra istefa verib
Digər ölkələr
7 Dekabr , 2016 23:58
İtaliya prezidenti baş nazir Matteo Rentsinin istefasını qəbul edib

Bakı. 7 dekabr. REPORT.AZ/ İtaliya prezidenti Serco Mattarella ölkənin baş naziri Matteo Rentsinin istefasını qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "RaiNews" məlumat yayıb.

Bundan əvvəl Matteo Rentsi ölkədə konstitusiya islahatlarına dair keçirilən referendumun nəticələri üzrə məğlubiyyətdən sonra istefa vermək niyyətində olduğunu açıqlamışdı. Lakin İtaliya prezidenti 2017-ci ilin dövlət büdcəsini müəyyən edən qanunun qəbulunadək ondan niyyətini təxirə salmağı xahiş etmişdi.

Son xəbərlər

Orphus sistemi