İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib

İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib İtaliyanın Nazirlər Şurasının sədri Cuzeppe Konte prezident Serjo Mattarelleyə istefası haqqında ərizəsini təqdim edib.
Digər ölkələr
20 Avqust , 2019 23:44
İtaliyanın baş naziri Cuzeppe Konte istefa verib

İtaliyanın Nazirlər Şurasının sədri Cuzeppe Konte prezident Serjo Mattarelleyə istefası haqqında ərizəsini təqdim edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kvirinalsk Prezident Sarayının bəyanatında bildirilir.

"Respublika prezidenti Serjo Mattarella istefa haqqında ərizəni təqdim edən Nazirlər Şurasının sədri, professor Cuzeppe Konteni qəbul edib. Prezident bunu məlumata daxil edib və Konteyə cari vəzifələri yerinə yetirməyə tapşırdı", - deyə prezident administrasiyasının bəyanatında bildirilir.

Bəyanatda həmçinin göstərilir ki, sabah yerli vaxtla saat 16:00-da siyasi məsləhətləşmələr başlayacaq.

Son xəbərlər

Orphus sistemi