Yuxarı

İtaliyada qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıb

​İtaliyada qaz partlayışı nəticəsində onlarla insan xəsarət alıb

İtaliyada qaz sızmasından baş verən partlayış zamanı onlarla insan zərər çəkib.

Bu barədə "Report" ANSA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Siciliyada, Cela şəhərində qeydə alınıb. Nəşr xəbər verir ki, yerli bazarda qızardılmış toyuq satışı ilə məşğul olan furqon qaz sızmasından partlayıb. Nəticədə azı 20 nəfər xəsarət alıb. Qeyd edilir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı açıqlanmır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi