İtaliyada qar uçqunu nəticəsində oteldə ölənlərin sayı 7 nəfərə çatıb

İtaliyada qar uçqunu nəticəsində oteldə ölənlərin sayı 7 nəfərə çatıb Dağıntılar altından bir qadının meyiti aşkar olunub
Digər ölkələr
23 Yanvar , 2017 23:37
İtaliyada qar uçqunu nəticəsində oteldə ölənlərin sayı 7 nəfərə çatıb

Bakı. 23 yanvar. REPORT.AZ/ İtaliyada otelin qar uçqunu altında qalması nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə yerli "Rai News" telekanalı məlumat yayıb.

Xilasedicilər "Rigopiano" mehmanxanasının dağıntıları altından mətbəx və bar zonası yaxınlığında bir qadının meyitini tapıblar. Hazırda daha 22 nəfərin axtarışları davam etdirilir.

İnsident baş verən zaman mehmanxanada 34 nəfər olub. Onlardan 10 nəfəri xilas edilib. 

Son xəbərlər

Orphus sistemi