İtaliyada pis hava şəraiti səbəbindən ölənlərin sayı 7 nəfərə çatıb

İtaliyada pis hava şəraiti səbəbindən ölənlərin sayı 7 nəfərə çatıb Hazırda bir nəfər itkin düşmüş hesab olunur
Digər ölkələr
12 Sentyabr , 2017 06:25
İtaliyada pis hava şəraiti səbəbindən ölənlərin sayı 7 nəfərə çatıb
Foto: Global Look Press

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bazar günü gecə İtaliyanın Toskana vilayətinin Livorno şəhərində cərəyan edən pis hava şəraiti səbəbindən ölənlərin sayı 7 nəfərə çatıb.

"Report" ANSA-ya istinadən xəbər verir ki, hazırda bir nəfər itkin düşmüş hesab olunur.

Məlumata görə, bazar ertəsi bunadək itkin düşdüyü bildirilən 34 yaşlı qadının meyiti tapılıb.

Bazar gününə keçən gecə əvvəlcə Piza əyalətində, ardınca Livornoda güclü yağış və külək qeydə alınıb. Bu, şəhərin Tirren dənizi sahilində sürüşmələrə gətirib çıxarıb. Nəticədə yaşayış binaları uçub.

Son xəbərlər

Orphus sistemi