İtaliyada son sutkada daha 566 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 20 465-ə çatıb.
Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 153 nəfər artaraq 159 516-ya yüksəlib.
İtaliyada koronavirusdan sağalanların sayı isə 30 435 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 882 000-i ötüb. Bunların 437 311 nəfəri sağalıb, 117 400 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.