Yuxarı

İtaliyada koronavirusa yoluxanların sayı 76 nəfərə çatıb - YENİLƏNİB

​İtaliyada koronavirusuna yoluxanların sayı artıb

766

Son iki gündə İtaliyada yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 76 nəfərə çatıb.

“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrelli açıqlama verib.

Onun sözlərinə görə, 18 nəfər reanimasiya şöbəsinə yerləşdirilib: “Lombardiyada - 54, Venetoda -17, Emiliya-Romanyada - 2, Latsioda - 2 (Çin turistilər) və Pyemontsada isə bir nəfər virusun daşıyıcısıdır”.

O, qeyd edib ki, koronavirusuna yoluxanların 33-ü xəstəxanaya yerləşdirilib, 11 nəfər isə ev nəzarətindədir. İki nəfər dünyasını dəyişib. 


23:20***22.02.2020

İtaliyada yeni növ COVID-19 koronavirusuna yoluxanların sayı 50 nəfəri keçib.

“Report” xəbər verir ki, bu sözləri Şimali İtaliya Lombardiyasının prezidenti Attilio Fontana Milanda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Lombardiyada koronavirusu yoxlamaq üçün aparılan analizlərin cavabı 39 nəfərdə müsbət olub: “ Bu insanların hamısı Lodi şəhərinin cənubunda yaşayır”.

Fontana onu da bildirib ki, qonşu Veneto bölgəsində yeni növ koronavirusa yoluxanların sayı hazırda 12 nəfərdir.

Bu məlumatları Venetonun regional idarələri də təsdiqləyib. Bölgə prezidenti Luka Zaya bildirib ki, virusa yoluxan on iki nəfərin doqquzu Vaud (Padua əyaləti) şəhərində yaşayır. Bundan əlavə, Çindən gələn və Vo şəhərində daimi yaşayan 8 immiqrant koronavirusdan analiz vermək üçün yerli xəstəxanaya aparılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi