İtaliyada son sutkada daha 525 nəfər koronavirusun qurbanı olub.
“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bununla da ölkədə pandemiyadan ölənlərin sayı 22 170-ə çatıb.
Bildirilib ki, koronavirusa yoluxanların sayı daha 3 786 nəfər artaraq 168 941-ə yüksəlib.
Eyni zamanda İtaliyada bu günədək 40 164 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 128 000-i ötüb. Bunların 539 000 nəfəri sağalıb, 142 632 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.