Yuxarı

İtaliyada iki qatar toqquşub, 10 nəfər xəsarət alıb

İtaliyada iki qatar toqquşub, 10 nəfər xəsarət alıb
Toqquşma strelka mexanizminin nasazlığı səbəbindən baş verib

Bakı. 13 iyun. REPORT.AZ/ İtaliyanın Apuliya vilayətində iki qatarın toqquşması nəticəsində təxminən 10 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, qəza Leççe şəhərinin bir neçə kilometrliyində qeydə alınıb.

Ehtimala görə, toqquşma strelka mexanizminin nasazlığı səbəbindən baş verib.

Nəqliyyat vasitəsində 80 sərnişin olub, qatarlara cüzi ziyan dəyib.

Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi