İtaliyada əldəqayırma bomba partlayıb: bir ölü, bir yaralı

İtaliyada əldəqayırma bomba partlayıb: bir ölü, bir yaralı Bakı. 22 dekabr. REPORT.AZ/ İtaliyanın cənubunda yerləşən Neapol şəhərində əldəqayırma bombanın partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Digər ölkələr
22 Dekabr , 2017 13:51
İtaliyada əldəqayırma bomba partlayıb: bir ölü, bir yaralı

Bakı. 22 dekabr. REPORT.AZ/ İtaliyanın cənubunda yerləşən Neapol şəhərində əldəqayırma bombanın partlaması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu haqda polis məlumat yayıb.

32 yaşlı kişi partlayış baş verən zaman bombanın yaxınlığında olub və aldığı yaradan xəstəxanada ölüb. Partlayış nəticəsində yaralanan 43 yaşlı qadın isə xəstəxanaya yerləşdirilib.

Partlayışın dalğası iki avtomobilə zərər yetirib. Hadisənin səbəb araşdırılır. Terror ehtimalı nəzərdə keçirilmir. 

Son xəbərlər

Orphus sistemi