Bakı. 25 may. REPORT.AZ/ İtaliyanın Sahil Mühafizə Xidmətinin əməkdaşları Əfqanıstan və İraqdan ölkənin cənub-şərq sahillərinə üz tutan 70 qeyri-leqal mühaciri xilas edib.
"Report" xəbər verir ki, tamamilə dolu gəmi ilə İtaliyaya getməyə çalışan insanlar iki katerlə Apuliya əyalətinin Santa-Mariya di Leuka limanına çatdırılıblar.
Xilas edilənlər arasında iki qadın və dörd yetkinlik yaşına çatmayan şəxs olub.
Ötən həftə Sahil Mühafizə Xidməti İtaliya ərazisinə keçmək istəyən 900-dən artıq qeyri-leqal miqrantın həyatını xilas edib.