İtaliyada dolu düşüb, xəsarət alanlar var

İtaliyada dolu düşüb, xəsarət alanlar var Bu gün səhər Adriatik dənizinin İtaliya sahillərində güclü külək və leysan yağışları ilə yanaşı, dolu da düşüb.
Digər ölkələr
10 İyul , 2019 18:13
İtaliyada dolu düşüb, xəsarət alanlar var

Bu gün səhər Adriatik dənizinin İtaliya sahillərində güclü külək və leysan yağışları ilə yanaşı, dolu da düşüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, Abruzzo əyalətində 5 santimetrədək ölçüdə dolu düşməsi nəticəsində Peskara şəhərində əksəriyyəti baş və üz nahiyəsindən xəsarət alan 18 nəfər xəstəxanalara müraciət edib.

Şəhərdə həmçinin evlərin dam örtüyü və pəncərələrinə, avtomobillərə ziyan dəyib. Əyalətin bəzi şəhərlərində subasma nəticəsində avtomobillərin hərəkəti çətinləşib.

Toskana əyalətinin bəzi bölgələrində mülki müdafiə xidməti tərəfindən çəhrayı təhlükə səviyyəsi elan olunması ilə yanaşı, ölkənin şimal və orta bölgələrinin əksəriyyətində sarı təhlükə səviyyəsi qüvvədədir.

Son xəbərlər

Orphus sistemi