Yuxarı
    Bağlamaq

    İtaliyada diskotekada yanğın olub, 17 nəfər tüstüdən zəhərlənib

    Hadisə zamanı binada bir neçə yüz insan olub

    Bakı. 25 fevral. REPORT.AZ/ İtaliyanın Dezentsano-del-Qarda şəhərində yerləşən diskotekalardan birində baş vermiş yanğın nəticəsində 17 nəfər tüstüdən ciddi zəhərlənib.

    “Report” xəbər verir ki, bu barədə məlumatı Lombardiya vilayətinin Təcili Tibbi Yardım İdarəsi yayıb.

    RİA "Novosti"nin məlumatına görə, hadisə yerinə yanğınsöndürmə qrupları, bir vertolyot və altı təcili yardım maşını cəlb olunub.

    Yerli xəstəxanalara azı 52 nəfər müraciət edib.

    Binada ümumilikdə bir neçə yüz ziyarətçi olub. Onlar yerli hakimiyyət qrumları tərəfindən əraziyə göndərilən avtobuslar vasitəsi ilə təxliyyə ediliblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi