Bakı. 4 noyabr. REPORT.AZ/ İtaliyanın Palermo şəhərində (Siciliya vilayəti) güclü leysan yağışlarının yaratdığı daşqınlar nəticəsində üçü uşaq olmaqla, azı 10 nəfər həyatını itirib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü xilasedicilərə istinadən "Franc-Press" məlumat yayıb.
Bildirilir ki, ölən 10 nəfərdən 9-u bir ailənin üzvüdür. Onların meyitləri Kasteldaçça çayı sahilində yerləşən evdə aşkar edilib. Polis əməkdaşları itkin düşmüş daha 2 nəfərin axtarışlarını davam etdirir.
Bundan əvvəl Rusiyada daşqınlar nəticəsində 138 nəfər xəsarət alıb.