Yuxarı

İtaliyada bina çöküb, ölənlər var - YENİLƏNİB

​İtaliyada bina çöküb, ölənlər var

İtaliyanın Qoritsiya şəhərində xilasedicilər çökmüş binanın dağıntıları altından üçüncü meyiti də çıxarıblar.

"Report" xəbər verir ki, bu barədə "La Pepubblica" qəzeti xilasetmə xidmətlərinə istinadən məlumat verib.


***12:20

İtaliyanın şimalındakı Qoritsiya şəhərinin mərkəzində ikimərtəbəli yaşayış binasında məişət qazının partlaması nəticəsində 2 nəfər ölüb.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

Yerli yanğınsöndürmə xidmətinin nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, xilasedicilər çökmüş binanın dağıntılarının altından bir kişi və bir qadın meyiti çıxarıb. Xilasedicilər dağıntılar altında qaldığı güman edilən üçüncü şəxsin axtarışlarını davam etdirir.

Partlayışın baş verdiyi binada 3 mənzil olub və onlardan birində yaşayış olmayıb.

Hazırda hadisə yerində xüsusi texnika ilə təchiz edilmiş səkkiz yanğınsöndürmə briqadası və hadisənin bütün detallarını araşdıran karabinerlər işləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi