İtaliyada güclü zəlzələ dağıntılar törədib, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

İtaliyada güclü zəlzələ dağıntılar törədib, 8 nəfər xəsarət alıb - YENİLƏNİB Fabriano şəhərində zərərçəkənlər üçün qəbul məntəqələri yaradılıb
Digər ölkələr
27 Oktyabr , 2016 03:27
İtaliyada güclü zəlzələ dağıntılar törədib, 8 nəfər xəsarət alıb - YENİLƏNİB

Bakı. 27 oktyabr. REPORT.AZ/ Çərşənbə günü İtaliyanın mərkəzində ardarda baş verən iki güclü zəlzələ nəticəsində Fabriano şəhərində ən azı 8 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə şəhərin merinə istinadən İtaliyanın "TGCom-24" telekanalı məlumat yayıb.

"Binalardan birinin qismən dağılması nəticəsində səkkiz nəfər yüngül xəsarət alıb", - deyə Cankarlo Saqramola bildirib.

Mer əlavə edib ki, bəzi evlər yaşamaq üçün artıq yararsızdır. Şəhərdə zərərçəkənlər üçün qəbul məntəqələri yaradılıb. Cümə axşamı Fabrianoda bütün məktəblər bağlı olacaq.

***23:55, 26 oktyabr

Çərşənbə günü İtaliyanın mərkəzində qeydə alınan 5,4 bal gücündə yeraltı təkanlardan sonra 6,2 bal gücündə daha bir zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə "Sky TG24" xəbər kanalı məlumat yayıb.

ANSA-nın məlumatına görə, İtaliya Geofizika və Vulkanologiya İnstitutundan yeraltı təkanların 5,9 bal gücündə olduğu, lakin bu məlumatın əlavə dəqiqləşdirilməyə ehtiyac duyduğu bildirilib.

Yeraltı təkanların episentri Peruca və Maçerata şəhərləri arasında olub.

***21:24

İtaliyada 5,6 bal gücündə zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

RİA "Novosti"nin məlumatına görə, güclü yeraltı təkanlar çərşənbə günü İtaliyanın mərkəzi hissəsində qeydə alınıb, yerin titrəyişini paytaxt Roma sakinləri də aydın şəkildə hiss ediblər.

İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu zəlzələnin 5,3-5,4 bal gücündə olduğunu xəbər verib.

Son xəbərlər

Orphus sistemi