İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib

İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib Bakı. 17 avqust. REPORT.AZ/ Cümə axşamı Mərkəzi İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib.
Digər ölkələr
17 Avqust , 2018 01:16
İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib

Bakı. 17 avqust. REPORT.AZ/ Cümə axşamı Mərkəzi İtaliyada 5,2 maqnituda gücündə zəlzələ baş verib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Yeraltı təkanları Molize və qonşu Abrutso vilayətlərinin sakinləri hiss ediblər. Episentrə yaxın yaşayış məntəqələrinin əhalisi küçələrə çıxıb.

Bu, son bir neçə gündə sözügedən vilayətdə baş verən ikinci güclü zəlzələdir. Çərşənbə axşamına keçən gecə Kampobasso əyalətində 4,7 maqnituda gücündə zəlzələ baş verib.

Son xəbərlər

Orphus sistemi