İtaliya siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib

İtaliya siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib Tayani 351 səs, onun yeganə rəqibi isə 282 səs toplayıb
Digər ölkələr
18 Yanvar , 2017 00:03
İtaliya siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib

Bakı. 18 yanvar. REPORT.AZ/ İtaliyanın konservativ siyasətçisi Antonio Tayani Avropa Parlamentinin sədri seçilib.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, o, sonuncu turdakı səsvermədə qurumun rəhbəri seçilib. Tayani 351 səs, onun yeganə rəqibi Canni Pitella isə 282 səs toplayıb. Bu mənada rəqiblərin heç biri böyük əksəriyyətin səsini toplaya bilməyib.

Qeyd edək ki, Avropa Xalq Partiyasının fraksiyasını təmsil edən deputat Antonio Tayani üçüncü turda 291 səs toplayaraq liderlik mövqeyini saxlamışdı.

Son xəbərlər

Orphus sistemi