​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib

​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib Bu qanun layihəsinə əsasən insanlığa qarşı törədilən cinayətlərin inkar edilməsi cinayət hərəkəti sayılacaq
Digər ölkələr
13 Fevral , 2015 13:49
​İtaliya senatı Holokost soyqırımı ilə bağlı sənəd təsdiqləyib

Bakı. 13 fevral. REPORT.AZ/ İtaliya Senatı Holokost soyqırımının inkarının cinayət hərəkəti olması ilə bağlı qanun layihəsini təsdiqləyib.

"Report" İtaliyanın "The Local" agentliyinə istinadən xəbər verir ki, bu sənədin lehinə 234, əleyhinə 3 senator səs verib. 8 senator bitərəf qalıb.

Bu qanun layihəsinə əsasən insanlığa qarşı törədilən cinayətlərin inkar edilməsi cinayət hərəkəti sayılacaq.

Xatırladaq ki, sənəd İtaliya parlamentinin Aşağı Palatasında təsdiqləndikdən sonra qüvvəyə minəcək. 

Son xəbərlər

Orphus sistemi