İtaliya prezidentini üçüncü cəhddə də seçmək mümkün olmayıb

İtaliya prezidentini üçüncü cəhddə də seçmək mümkün olmayıb 73 yaşlı Sercio Mattarella qələbəyə ən yaxın namizəd hesab olunur
Digər ölkələr
31 Yanvar , 2015 03:02
İtaliya prezidentini üçüncü cəhddə də seçmək mümkün olmayıb

BAKI. 31 yanvar. REPORT.AZ/ İtaliya parlamentinin üzvləri ötən gün növbəti dəfə ölkə başçısını seçmək üçün toplansalar da istəklərinə nail ola bilməyiblər.

Qanuna görə, parlamentin hər iki palatasından olan 1009 seçicidən üçdə ikisi yəni 673-ü eyni adama səs verməli idi. Lakin siyasi çəkişmələr ilk 3 turda buna imkan vermədi.

Şənbə günü parlament dördüncü dəfə prezidenti seçməyə çalışacaq. Lakin bu dəfə qələbə üçün sadə səs çoxluğu (505 səs) kifayət edəcək.

Hakim Demokrat Partiyasından olan 73 yaşlı Sercio Mattarella qələbəyə ən yaxın namizəd hesab olunur.

Xatırladaq ki, yanvarın 14-də 89 yaşlı prezident Corcio Napolitano istefa verib.

Son xəbərlər

Orphus sistemi