​İtaliyada işsizliyin səviyyəsi rekord həddə çatıb

​İtaliyada işsizliyin səviyyəsi rekord həddə çatıb İtaliyada işsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin 13,4 faizini təşkil edib
Digər ölkələr
8 Yanvar , 2015 08:28
​İtaliyada işsizliyin səviyyəsi rekord həddə çatıb
Bakı. 8 yanvar. REPORT.AZ/ İtaliyada işsizliyin səviyyəsi əmək qabiliyyətli əhalinin 13,4 faizini təşkil edərək tarixi rekord göstəriciyə çatıb.

"Report" xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat dərc edib.

Bu, 1977-ci ildən bu yana mütləq rekorddur.

ISTAT-nin məlumatına görə, ötən ilin noyabrında İtaliyada 22 milyon 310 min işçi qüvvəsi qeydə alınıb ki, bu da oktyabr ayı ilə müqayisədə 0,2 faiz azdır. İşsiz italiyalıların sayı isə 3 milyon 457 min nəfər təşkil edib. Bu, ötən ilin oktyabr ayının göstəricisindən 1,2 faiz çoxdur.

Son xəbərlər

Orphus sistemi