İtaliyanın keçmiş Baş nazirinin valideynləri həbs olunublar

İtaliyanın keçmiş Baş nazirinin valideynləri həbs olunublar Bakı. 19 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş Baş naziri Matteo Rentsinin valideynləri hərbs olunub.
Digər ölkələr
19 Fevral , 2019 12:37
İtaliyanın keçmiş Baş nazirinin valideynləri həbs olunublar

Bakı. 19 fevral. REPORT.AZ/ İtaliyanın keçmiş Baş naziri Matteo Rentsinin valideynləri hərbs olunub.

“Report” ANSA-ya istinadən xəbər verir ki, İtaliyanın Florensiyadan olan sahibkarlar, Baş nazirin atası Titsiano Rentsi və anası Laura Bovoli dələduzluq edərək şirkətlərini iflas etdirməyi planlaşdırmaqda şübhəli bilinirlər.

Məlumata görə, keçmiş hökumət başçısının valideynlərinin adları iflasla bağlı cinayət işində ilk dəfə deyil hallanır. 

Bu cütlük 2013-cü ildə göstərmədikləri xidmətlə bağlı saxta hesaba pul köçürüblər. Bir müddət sonra həmin şirkəti iflas həddinə çatdırıblar. Hazırda onlar ev dustağıdırlar.

Matteo Rentsi 2014-2016-cı illərdə İtaliya Nazirlər Şurasının sədri olub.

Son xəbərlər

Orphus sistemi