İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir

İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir Bakı. 30 yanvar. REPORT.AZ/ İtaliyanın müdafiə naziri Elizabetta Trenta Əfqanıstandakı hərbçilərini geri qaytarmaq niyyətində olduqlarını açıqlayıb.
Digər ölkələr
30 Yanvar , 2019 14:57
İtaliya hərbçilərini Əfqanıstandan çıxarmaq niyyətindədir
Pinterest

Bakı. 30 yanvar. REPORT.AZ/ İtaliyanın müdafiə naziri Elizabetta Trenta Əfqanıstandakı hərbçilərini geri qaytarmaq niyyətində olduqlarını açıqlayıb.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı nazir bildirib: “Artıq 17 ildir oradayıq, 54 nəfər itki vermişik, 7 milyard avro xərcləmişik. Bəli, töhfəmiz az deyil, amma indi vəziyyətdə irəliləyiş var, tərəflər razılığa doğru gedir və ümidvaram, razılaşacaqlar. Biz də bunu nəzərdə tuturuq”.

Hazırda Əfqanıstanda 900 nəfər italiyalı hərbçi qulluq edir.

Xatırladaq ki, bu günlərdə Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Ğəni ölkədən xarici qoşunların çıxmasına çalışacaqlarını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi