İsveçrədə son 10 ildə ən güclü zəlzələ olub

İsveçrədə son 10 ildə ən güclü zəlzələ olub Tələfat və dağıntı barədə məlumat verilmir
Digər ölkələr
1 İyul , 2017 22:58
İsveçrədə son 10 ildə ən güclü zəlzələ olub

Bakı. 1 iyul. REPORT.AZ/ İsveçrədə 4,3 bal gücündə zəlzələ olub.

"Report" "TASS"a istinadən xəbər verir ki, yeraltı təkanlar Cenevrə şəhərindən 140 kilometr məsafədəki Şato-d E-də qeydə alınıb.

Zəlzələ güclü hiss edilib. İsveçrənin Seysmologiya Mərkəzinin məlumatına görə, yeraltı təkanlar vətəndaşların polisə və digər dövlət orqanlarına çoxsaylı müraciətlərinə səbəb olub.

Tələfat və dağıntı barədə məlumat verilmir. Qeyd edilir ki, bu, son 10 ildə İsveçrə tarixində ən güclü zəlzələdir.

Son xəbərlər

Orphus sistemi