Yuxarı

İsveçrədə silahlı şəxs evdə iki qadını və özünü öldürüb

İsveçrədə silahlı şəxs evdə iki qadını və özünü öldürüb

İsveçrənin Sürix şəhərində silahlı şəxs evdə girov götürdüyü iki qadını güllələyərək öldürüb, daha sonra özü də intihar edib. 

“Report” “The Local”a istinadən xəbər verir ki, polisdən verlən məlumata görə, səhər tezdən bir qadın polisə zəng vurub kömək istəyib.

Hadisə yerinə gələn polisə 60 yaşlı şəxs girov götürdüyü 34 və 38 yaşlı iki qadını güllələyəcəyini bildirib. O, təqribən, üç saat sonra əməlindən imtina etdiyini və 10 dəqiqəyə təslim olacağını bildirsə də, az sonra bir neçə atəş səsi eşidilib. İçəri girən polis həmin şəxsi və iki qadını ağır yaralanmış vəziyyətdə aşkarlayıb. Yaralı şəxslərin həyatını xilas etmək mümkün olmayıb. Onların üçü də ölüb.

Hadisənin səbəbləri məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi