Yuxarı

İsveçrədə koronavirusa yoluxanların sayı 18 min nəfəri keçdi

​İsveçrədə koronavirusa yoluxanların sayı 18 min nəfəri keçdi

İsveçrədə son sutka ərzində 1 128 yeni koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə cümə axşamı ölkənin Federal İctimai Səhiyyə İdarəsindən məlumat verilib.

Rəsmi məlumatlara görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 18 267 nəfərdir. Son sutkada ölən 54 nəfər də daxil olmaqla, ümumilikdə 432 nəfər virusun qurbanı olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi