İsveçin Malmö şəhərində polis avtomobili partladılıb

İsveçin Malmö şəhərində polis avtomobili partladılıb Nəticədə 22 və 25 yaşlı iki kişi saxlanılıb
Digər ölkələr
30 Dekabr , 2017 06:44
İsveçin Malmö şəhərində polis avtomobili partladılıb

Bakı. 30 dekabr. REPORT.AZ/ İsveçin Malmö şəhərində polis avtomobili partladılıb. 

"Report" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, hadisə yeri mühasirəyə alınıb, əraziyə minaaxtaranlar cəlb olunub.

Faktla əlaqədar 22 və 25 yaşlı iki kişi saxlanılıb. Onlar partlayışın təşkilində əlbir olmaqda şübhəli bilinir.

Polis əməkdaşları şahidləri sorğu-sual edir, axtarışlar aparır. Hadisənin səbəbləri açıqlanmır.

Son xəbərlər

Orphus sistemi