Bakı. 18 fevral. REPORT.AZ/ İsveçin paytaxtı Stokholmda yerləşən Türkiyə Mədəniyyət Mərkəzinin binası qarşısında partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə yerli "Aftonbladet" telekanalı məlumat yayıb.
Zərərçəkənlər barədə məlumat hələ ki, yoxdur. Polis ərazini nəzarətə götürüb.