İsveçdə təlimlər zamanı polşalı dənizçi həlak olub

İsveçdə təlimlər zamanı polşalı dənizçi həlak olub Dənizçilərin necə və nə üçün gəminin göyərtəsindən suya düşdüyü açıqlanmır
Digər ölkələr
9 Sentyabr , 2017 18:58
İsveçdə təlimlər zamanı polşalı dənizçi həlak olub

Bakı. 9 sentyabr. REPORT.AZ/ Polşadan olan dənizçi sentyabrın 8-də İsveçdə başlayan "Northern Coasts-2017" beynəlxalq təlimləri zamanı həyatını itirib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələri İdarəsinin mətbuat üçün yaydığı məlumatda bildirilir.

"Northern Coasts-2017" təlimlərinin bir mərhələsi zamanı iki polşalı dənizçi Karlskruna limanında suya düşüb. Onlardan biri ölüb", - deyə məlumatda qeyd olunur.

İnsident Bakı vaxtı ilə gecə 01.10-da baş verib. Dənizçilər sudan çıxarılıb, lakin onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Dənizçilərin necə və nə üçün gəminin göyərtəsindən suya düşdüyü açıqlanmır. Təlimlər sentyabrın 21-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi